"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevirdə “Yerli Demokratiya Həftəsi”

--2015-10-16 / 16:59

Mingəçevirdə “Yerli Demokratiya Həftəsi”

«Azərbaycanda Yerli Demokratiya Həftəsi» çərçivəsində «Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət» adı altında Mingəçevir bələdiyyəsi bir sıra tədbirlər həyata keçirib. Bu barədə məlumatı Belediyye.infoya Mingəçevir bələdiyyəsindən veriblər.

Məlumatda qeyed edilir ki, həftə ərzində əhali üçün «açıq qapı» günləri elan edilib, telefon «qaynar xətti» fəaliyyət göstərib. Vətəndaşların rəf və təkliflərinin toplanması üçün bələdiyyə binasının giriş hissəsində poçt qutusu quraşdırılıb. Məlumatlandırma məqsədi iləhəmçinin inzibati binada «informasiya guşəsi» yaradılıb. «Azərbaycanda Yerli Demokratiya Həftəsi» haqqında, həftə ərzində bələdiyyənin keçirəcəyi tədbirlər barədə ictimaiyyətə məlumat vermək üçün Mingəçevir Televiziyasında (MTV-də) bir neçə dəfə informasiyalar verilib.

Həftə ərzində bir neçə məhəllədə («Axundzadə», «Ümid», «şahin», «Göydələn», «Türk binası» məhəllə komitələrinin ərazisində) sakinlərlə bələdiyyə üzvlərinin görüşləri təşkil edilib, məhəllə komitələrinin təklifləri dinlənilib, bələdiyyənin 9 aylıq fəaliyyəti barədə məlumatlar verilib.

Tibb kollecində bələdiyyənin strukturu, səlahiyyətləri, gənclərin yerli özünüidarədə iştirakının vacibliyi barədə «Gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi» mövzusunda diqqətiçəkən toplantı keçirilib.

şəhərin 10 və 15 saylı orta məktəblərində fəaliyyət göstərən şagird parlamentlərinin üzvləri ilə bələdiyyə üzvlərinin görüşü də maraqlı olub. şagirdlərlə «Multikultural cəmiyyətdə həyat» mövzusu ətrafında müzakirələr aparıldı. Sonda şagird parlamentinin üzvləri bələdiyyənin idarə edilməsini bir günlük onlara həvalə olunması təklifini verdilər və təklif müsbət qarşılandı.

Həftə ərzində bələdiyyənin daimi komissiyaları öz fəaliyyətləri barədə (büdcə, sosial, ekologiya, iqtisadi inkişaf məsələləri ilə bağlı) yerli KiV-lərə müsahibələr verməklə əhalini məlumatlandırıb.

«Yerli Demokratiya Həftəsi» çərçivəsində nəzərdə tutulmuş tədbirlər davam edir.

Belediyye.info

ŞƏRHLƏR